“Messinin “Barselona”da qalmaq istədiyini bilirəm”
“Barselona”nın prezidenti vəzifəsinə namizədlərdən olan Xuan Laporta komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta, argentinalı futbolçunun Kataloniya klubunda qalmaq istədiyini bildirib:
“Messi hazırda tam olaraq “Barselona”dakı oyununa köklənib. Onun “Atletik”lə oyunda iştirak edib-etməyəcəyini bilmirəm, amma ehtiyat skamyasından komanda yoldaşlarına dəstək olması belə, çox vacibdir. Onu zamanla daha xoşbəxt görürəm. “Barselona”dakı oyunundan zövq alır. Messinin “Barselona”da qalmaq istədiyini bilirəm. Klub ona sərfəli təklif etsə, Messi komandada qalmaq üçün əlindən gələn hər şeyi edəcək”.
Messinin klubla müqaviləsi cari mövsümün sonunda başa çatır.
Bizi Facebook-da izləyin