Messi “Barselona”da oynayanda psixoloqa müraciət edib
“İnter Mayami”nin hücumçusu Lionel Messi psixoloqa müraciət edib-etməməsi ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Infobae”-yə istinadən xəbər verir ki, argentinalı futbolçu psixoloqa getdiyini etiraf edib:
“Mən uzun müddət əvvəl, “Barselona”da olarkən psixoloqa getmişdim. Bütün olanlara çox həvəssiz idim. Hər şeyi içimdə saxlayan insanam. Amma həqiqət odur ki, bu, çox kömək etdi, mən bəyəndim”.
Messi Argentina millisi ilə Amerika kubokunda mübarizə aparmağa hazırlaşır. Argentina millisi sonuncu qitə çempionatının finalında Braziliyaya qalib gəlib (1:0).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin