Messi: “Azərbaycanın mədəniyyəti və insanları ilə az da olsa, tanış oldum”
Argentina millisinin futbolçusu Lionel Messi və onun ABŞ-ın “İnter Mayami” klubundakı komanda yoldaşları Luis Suares, Serxio Buskets və Jordi Alba Bakı Kristal Zalında fanatlarla görüşüblər.
Komanda.az xəbər verir ki, Bakıya səfəri ilə bağlı Messi belə deyib:
“Hər kəsi salamlayıram. Bu cür isti münasibətə görə təşəkkür edirəm. Dəstəyə görə çox sağ olun. Azərbaycanın mədəniyyəti və insanları ilə az da olsa, tanış oldum”.
Bakı Kristal Zalında təşkil edilən tədbirə bilet satışından əldə olunan vəsait xeyriyyə məqsədinə yönəldiləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin