Messi “Barselona”dan ayrılacaq? – müvəqqəti prezidentdən açıqlama
İspaniyanın “Barselona” klubunda prezident vəzifəsini müvəqqəti icra edən Karles Tuskets komandanın hücumçusu Lionel Messinin gələcəyi ilə bağlı açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müvəqqəti prezident, argentinalı futbolçunun ayrılmasının kluba yaxşı təsir göstərəcəyini bildirib:
“Messinin ayrılması maliyyə cəhətdən klub üçün daha yaxşı olacaq. O, dünyanın ən yüksək ödənişli futbolçularından biridir. Messini satacağımızı demirik, amma ayrılsa, maddi cəhətdən daha yaxşı vəziyyətdə olarıq. Messinin komanda üçün etdikləri maliyyəni kompensasiya edir, amma “Barselona” bir insana bağlı deyil. Karyerası ilə bağlı son qərar isə Messinindir”.
Tuskets, Xosep Maria Bartomeunun istefasından sonra prezidentsiz qalan “Barselona”ya müvəqqəti rəhbərlik edir.
Bizi Facebook-da izləyin