Messi “Arsenal”a keçə bilərmiş

Argentinalı hücumçu Lionel Messi karyerasının əvvəlində “Arsenal”ın maraq dairəsində olub.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, bu barədə 37 yaşlı futbolçunun ilk agenti Horasio Qaqqoli danışıb:

“Arsenal” Messi ilə karyerasının əvvəlində həqiqətən maraqlanırdı. Lakin o, həmin vaxt “Barselona”dan ayrılmaq istəmədi”.

Messi “Barselona”nın yetirməsidir. O, 2005-2021-ci illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib.

Argentinalı forvard ötən yay “İnter Mayami”yə keçib. Onun Amerika klubu ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button