Messi argentinalılara təşəkkür etdi

Argentina millisinin hücumçusu Lionel Messi Amerika kubokunun finalı öncəsi azarkeşlərə, məşqçilərə və komanda yoldaşlarına təşəkkür postu paylaşıb.

Komanda.az xəbər verir ki, Messi bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Bu inanılmaz səyahət həmişə üzdə olanların və pərdə arxasında olanların işi olmadan mümkün olmazdı. Bütün komanda yoldaşlarımıza və məşqçilər heyətinə, milli komandamızın heyətinə və ABŞ-da bizi dəstəkləməyə gələn və gələ bilməyən bütün argentinalılara göstərdiyiniz səy və həvəsə görə təşəkkür edirik. Hər kəsi qucaqlayıram. Argentina irəli!”

Argentina və Kolumbiya milliləri arasında Amerika kubokunun final matçı iyulun 14-dən 15-nə keçən gecə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button