Messidən başsağlığı

“İnter Mayami”nin kapitanı Lionel Messi Argentinada baş verən faciəyə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu hadisə ilə bağlı sevdiklərini itirən ailələrə başsağlığı verib:

“Bahia Blankada baş verənləri kədərlə izləyirik. Sevdiklərini itirən ailələrə başsağlığı verirəm və bu çox çətin dövrdə çətin günlər keçirən hər kəsə böyük güc diləyirəm”.

Argentinanın Buenos-Ayres əyalətinin cənubundakı Bahia Blanka liman şəhərində daşqınlar baş verib, nəticədə azı 13 nəfər ölüb. Səlahiyyətlilər zərərçəkənlərin və itkin düşənlərin sayının arta biləcəyini istisna etmirlər. Çünki zərər çəkmiş yaşayış məntəqələrində rabitə hələ də pozulur və elektrik enerjisi yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button