Messi: “Argentina millisi həmişə favoritdir”

Argentina millisinin kapitanı Lionel Messi qarşıdan gələn Amerika kuboku haqda danışıb.

Komanda.az “Infobae”-yə istinadən xəbər verir ki, o, indi Cənubi Amerika komandalarının çox güclü olduqlarını bildirib:

“Düşünürəm ki, Argentina millisi həmişə favoritdir. Turnir başlayanda – istər dünya kuboku, istərsə də Amerika kuboku olsun – Argentina da Braziliya kimi qalib olmağa iddialılar siyahısına daxil edilir. Amma indi Cənubi Amerika komandaları çox güclüdür. Uruqvay, Kolumbiya, Ekvador – hamısı çox yaxşıdır. Çətin olacaq. Düşünürəm ki, bu Amerika kubokunda oyunlar çox rəqabətli olacaq”.

Messinin komandası sonuncu qitə çempionatının finalında Braziliyaya 1:0 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button