Messi Amerika kubokunun tarixinə düşüb

Argentina millisinin kapitanı Lionel Messi Amerika kubokunun tarixinə düşüb.

Komanda.az xəbər verir ki, 37 yaşlı hücumçu turnirin açılış oyununda Kanada ilə görüşə (2:0) çıxaraq rekorda imza atıb.

O, bu yarışda ən çox oyun keçirən futbolçu olub. Messi Amerika kubokundakı ümumi oyun sayını 35-ə çatdırıb. Çili millisinin sabiq qapıçısı Serxio Livinqston isə turnirdə 34 oyuna çıxıb. 

Argentina millisi Amerika kubokunun 15 qat qalibidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button