Messi 6-cı dəfə ilin ən yaxşı futbolçusu seçildi

FİFA 2019-cu ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.

Komanda.az xəbər verir ki, mükafatın sahibi İtaliyanın Milan şəhərində təşkil olunan tədbirdə elan olunub.

Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi Lionel Messi (Argentina, “Barselona”) olub. O, Vircil van Dayk (Hollandiya, “Liverpul”) və Kristiano Ronaldonu (Portuqaliya, “Yuventus”) qabaqlayıb.

Namizədlərdən biri olan Ronaldo tədbirə qatılmayıb.

Bu mükafatı 6-cı dəfə qazanan Messi bunadək 5 dəfə (2009, 2010, 2011, 2012, 2015) qalib olmuşdu. Ronaldo da 5 dəfə (2008, 2013, 2014, 2016, 2017) ən yaxşı seçilib. Son qalib isə ötən il bu mükafata yiyələnən xorvatiyalı Luka Modriç olub.

Qeyd edək ki, ən yaxşı qadın futbolçu adına Meqan Rapinoe (ABŞ, “Reyg”) sahib çıxıb. O, Lusi Bronz (İngiltərə, “Lion”) və Aleks Morqanı (ABŞ, “Orlando Prayd”) arxada qoyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button