Messi zədəsindən danışdı

Argentina millisinin hücumçusu Lionel Messi 2024-cü il Amerika kubokunda aldığı zədədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, səhhətinin yaxşı olduğunu bildirib:

“Son bir həftə ərzində ağrı və narahatlığı aradan qaldırmağa çalışıram. Son seanslarda məşq etdim və özümü daha yaxşı hiss etdim. Həmişə zədənin ağırlaşması riski var, lakin artıq əzələ problemləri yoxdur. Baş məşqçiyə dedim ki, meydançaya çıxmağa hazıram”.

Argentina millisi Amerika kubokunun 1/4 finalında Ekvadoru məğlub edib (1:1, 4:2 penalti).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button