Messi 6-cı dəfə “Qızıl top”u qazandı
İlin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Lionel Messi yiyələnib.
Bu, Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdən öncə mükafata əsas üç namizəd əvvəlki illərdə hərəyə 5 dəfə bu mükafata yiyələnən Lionel Messi (Argentina, “Barselona”) və Kriştiano Ronaldo (Portuqaiya, “Yuventus”), həmçinin Vircil Van Dayk (Niderland, “Liverpul”) idi. Ronaldonun qatılmadığı tədbirdə qalib elan olunan “Barselona”nın argentinalı futbolçusu 6-cı dəfə “Qızıl top”a sahib olub.
“Qızıl top”a namizədlərin ilk “onluğ”u isə belə sıralanıb:
- Lionel Messi (Argentina, “Barselona”)
- Vircil van Dayk (Niderland, “Liverpul”)
- Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”)
- Sadio Mane (Seneqal, “Liverpul”)
- Məhəmməd Salah (Misir, “Liverpul”)
- Kilian Mbappe (Fransa, PSJ)
- Alisson Bekker (Braziliya, “Liverpul”)
- Robert Levandovski (Polşa, “Bavariya”)
- Bernardo Silva (Portuqaliya, “Mançester Siti”)
- Riyad Mahrez (Əlcəzair, “Mançester Siti”)
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin