Messinin oğlu stadionu göz yaşları işində tərk edib

Argentina millisinin və “İnter Mayami”nin hücumçusu Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı oğulları ilə bağlı baş verən təsirli hadisədən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət qrup mərhələsinin 1-ci turunda Argentina – Səudiyyə Ərəbistanı yığmalarının oyununda (1:2) məğlubiyyətə Messinin övladlarının reaksiyasından gedir:

“Səudiyyə Ərəbistanı millisi ilə oyundan sonra Mateo stadionu göz yaşları içində tərk etdi. Tiaqo onu sakitləşdirməyə çalışırdı və Mateoya izah etdi ki, növbəti oyunların hər ikisində qalib gəlsək, qrupdan çıxacağıq”.

Argentina yığması Səudiyyə Ərəbistanı millisinə məğlubiyyətdən sonra Polşa və Meksika ilə qrup mərhələsinin növbəti iki oyununda qalib gələrək, pley-offa yüksəlib. Nəticədə, Argentina millisi final görüşündə Fransa yığmasına qalib gələrək, dünya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button