Mertens maaşının azalmasına razıdır
“Napoli”nin bütün zamanların ən yaxşı bombardiri Dris Mertens komandada qalmaq üçün maaşını üç qat azaltmağa hazırdır.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər hesablana bilər. Hazırkı müqaviləyə əsasən, Mertensin maaşı bonuslar nəzərə alınmadan 4,5 milyon avro olaraq qiymətləndirilir. Xəbərdə bildirilir ki, yeni müqaviləyə əsasən, futbolçu maaşını 1,5 milyon avroya qədər azaltmağa hazırdır.
Mertens futbolçu karyerasını “Napoli”də bitirmək arzusundadır.
34 yaşlı belçikalı futbolçu 2013-cü ildən “Neapol”da çıxış edir və hazırkı müqaviləsi bu yay başa çatır.
Mertens cari mövsümdə 33 matçda 11 qol vurub. Ümumilikdə, “Napoli”nin heyətində keçirdiyi 393 oyunda Mertens 146 qol vurub və bu, klub tarixində ən yaxşı nəticədir.
Bizi Facebook-da izləyin