“Lukakunu “Napoli”də görmək istərdim”

“Napoli”nin sabiq hücumçusu Dris Mertens Romelu Lukakunu İtaliya klubunda görmək istəyir.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Qalatasaray”da çıxış edən belçikalı futbolçu, həmyelisi olan Lukakunu “Napoli”də görmək istədiyini bildirib:

“Romelu mənim dostumdur, onu “Napoli”də görmək istərdim, çünki onunla qələbələrə arxalanmaq olar.

Lukaku məndən məsləhət istədi? Xeyr, hesab edirəm ki, Romelu təkbaşına öhdəsindən gələ bilər”.

Artıq “Napoli” ilə belçikalı hücumçunun müqaviləni razılaşdırdığı bildirilir.

Lukaku 2021-ci ildə “Çelsi”yə qayıdıb. 31 yaşlı forvard ötən mövsüm icarə əsasında “Roma”da çıxış edib, 32 oyunda 13 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button