Tanınmış futbolçu karyerasını bitirir

Dris Mertens son dövrlərdə “Qalatasaray”da çıxış edirdi.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi karyerasını başa vurmaq qərarına gəlib.

38 yaşlı vinger Marek Hamşikin vida oyununda iştirak etdikdən sonra rəsmən futbolla vidalaşacaq.

Mertens “Gent” klubunun yetirməsidir, Avropada əsasən PSV, “Napoli” və “Qalatasaray”dakı çıxışı ilə tanınır. O, “Napoli”də çıxış etdiyi dövrdə iki dəfə İtaliya kubokunu və bir dəfə ölkə superkubokunu qazanıb.

Mertens Belçika millisində 109 oyun keçirib və 21 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button