Boksa görə karantini tərk etdi – “Everton”un futbolçusu
İngiltərənin “Everton” klubunun adı açıqlanmayan futbolçusunda koronavirus aşkarlandığından, karantinə alındığını xəbər vermişdik.
Komanda.az xəbər verir ki, Mersisayd təmsilçisinin qapıçısı Cordan Pikford karantini tərk edib. Bu barədə “The Sun” nəşri məlumat yayıb.
Pikford, Liverpul şəhərindən 260 km kənara, boks turnirini izləmək üçün gedib. 26 yaşlı qapıçı gedişiylə bağlı tibb işçiləriylə razılaşdığını deyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin