
Merih Demiralın cəzası açıqlandı
Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında “boz qurd” işarəsi göstərən Türkiyə yığmasının üzvü Merih Demiralın cəzası açıqlanıb.
Komanda.az “Bild”ə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.
UEFA futbolçunun əl hərəkətinə görə araşdırmaya başlamışdı.
Türkiyə millisi iyulun 6-da A-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin