“Atalanta” türk futbolçu üçün 20 milyon avro ödəyib
“Atalanta” “Yuventus”un müdafiəçisi Merih Demiralı transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
İtaliya mətbuatı “Atalanta”nın bu transfer üçün 20 milyon avro təzminat ödədəyini yazıb.
Türkiyə millisinin müdafiəçisi ötən mövsüm icarə əsasında “Atalanta”da oynayıb. O, bu klubda 42 oyuna çıxıb, 2 qol vurub və 3 qolun ötürməsini verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin