Menyan oynamaq istədiyi klubu seçib

“Milan”ın qapıçısı Mayk Menyan növbəti mövsümdə harada oynamaq istədiyinə qərar verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu İtaliya klubu ilə müqaviləsi başa çatdıqdan sonra “Çelsi”yə keçməyə hazırlaşır. Onun, eyni zamanda, “Bayern” və “Yuventus”dan potensial təkliflərə açıq olduğu bildirilir.

Menyan 2021-ci ildən “Milan”da çıxış edir. 30 yaşlı qolkiper bu mövsüm bütün yarışlarda 12 oyun keçirib, 9 top buraxıb və 6 dəfə qapısını toxunulmaz saxlayıb. Onun Milan klubu ilə müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button