“Milan” rəsmisi Menyanla bağlı qərarı açıqladı

“Milan”ın idman direktoru İqli Tare qapıçı Mayk Menyanın gələn mövsümdə komandada qalacağı barədə açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi Premyer Liqa təmsilçilərindən birinin Menyanla maraqlandığını, ancaq tərəflərin razılığa gələ bilmədiyini söyləyib:

“Biz Menyanı saxlamağa qərar verdik. Futbol bazarında nə olacağını heç vaxt bilmirsən, amma onun komandada qalmasını istəyirik”.

Daha əvvəl 29 yaşlı qapıçının “Çelsi”yə keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.

Fransalı qolkiper 2021-ci ilin iyulundan bəri “Milan”da çıxış edir və son mövsümdə bütün turnirlərdə 53 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button