“Milan”ın futbolçusu sıradan çıxdı
“Milan”ın və Fransa yığmasının qapıçısı Mayk Menyan zədə səbəbindən bir ay yaşıl meydandan kənarda qala bilər.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, 27 yaşlı fransalı futbolçu Millətlər Liqasının 5-ci turunun Avstriya ilə oyununda (2:0) fasilədə əvəzlənib.
Qolkiper sol ayağının baldır əzələsi zədələndiyi üçün bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
Menyanın zədəsi ilə bağlı məlumat təsdiqlənərsə, o, Çempionlar Liqasının “Çelsi”yə qarşı oyunlarını (5 və 11 oktyabr), eləcə də, A Seriyasında “Yuventus”la (8 oktyabr) görüşü buraxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin