
İngiltərə klubu Ter Ştegenin xidmətində maraqlıdır
“Çelsi” Fransa millisinin və “Milan”ın qapıçısı Mayk Menyanın transferi ilə bağlı razılığa gələ bilmədiyi üçün alternativ variantlar axtarmağa başlayıb.
Komanda.az “Caught Offside”-a istinadən xəbər verir ki, London klubu indi “Barselona”nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegenin xidmətində maraqlıdır.
33 yaşlı qolkiper yay transfer dönəmində Kataloniya klubundan ayrılmağa yaxın ola bilər.
Ter Ştegen 2014-cü ilin yayından “Barsa”da çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin