Meneceri təsdiqlədi: “Barselona” onunla maraqlanır

“Barselona”nın “İnter”in futbolçusu Lautaro Martinesi transfer etmək istədiyini xəbər vermişdik.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçunun meneceri Alberto Yake, məsələylə bağlı verdiyi açıqlamada, bu xəbəri təsdiqləyib:

“Barselona”nın Martineslə maraqlandığı doğrudur. İndiyə qədər heç kim onun üçün bizimlə əlaqə saxlamayıb, amma Kataloniya klubunun onunla yaxından maraqlandığını bilirik. Lautaronun da “Barselona”nı sevdiyi doğrudur”.

2018-ci ildə “İnter”ə transfer olunan hücumçunun müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Lautaro Martines Argentina millisində iştirak etdiyi 9 oyunda 5 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button