Meneceri “Neftçi”nin futbolçusunun durumu barədə danışıb
Menecer Aleksandr Klyuyev “Neftçi”nin futbolçusu Reziuan Mirzovun hazırkı durumunu dəyərləndirib.
Komanda.az xəbər verir ki, o, Rusiyanın “sport24” saytına açıqlamasında yarımmüdafiəçinin Bakı klubundakı gələcək perspektivi barədə danışıb.
Klyuyev bildirib ki, 30 yaşlı hücumameyilli oyunçunun yaya qədər olan müqavilə müddətinin uzadılması ilə bağlı danışıq aparılmayıb:
“İndi ən vacibi odur ki, Reziuan çempionata hazırlaşır və forma yığır. Sonra nə olacağını görəcəyik”.
Mirzov bu mövsüm Premyer Liqada 11 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin