“Mendi əla oğlandır” – Potter
“Çelsi”nin baş məşqçisi Qrem Potter komandanın üzvü Eduard Mendi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, o, seneqallı qapıçının klubla yeni müqavilə imzalayacağına dair sualı belə cavablandırıb:
“Bu, klubun və futbolçunun işidir. Mən bunu şərh edə bilmərəm. Mendi əla oğlandır. O, “Çelsi”də ən yaxşı vaxtlarını keçirib”.
Öncədən 30 yaşlı futbolçunun yüksək maaş tələbinə görə London klubunun 6 illik müqavilə təklifini rədd etdiyi bildirilirdi.
Mendi Seneqal millisinin heyətində DÇ-2022-də çıxış edib. Afrika təmsilçisi turnirin 1/8 finalında İngiltərəyə uduzub (0:3).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin