
“Real” fransalı futbolçunu sata bilər
“Real”ın müdafiəçisi Ferlan Mendi cari transfer pəncərəsində satıla biləcək oyunçular sırasındadır.
Fransalı futbolçu ilə əsas rəqibi olan Fran Qarsiya Klublararası dünya çempionatında uğurlu çıxış edir. Turnirin bitməsindən sonra isə “Benfika”nın oyunçusu Alvaro Karrerass da “Real”ın sıralarına qatılacaq.
Komanda.az “RM Confidencial”-a istinadən xəbər verir ki, yaranan vəziyyət nəzərə alınaraq, Mendi üçün əsas komandaya yol tapmaq çətinləşib və onun Madrid klubundan ayrılma ehtimalı böyükdür.
30 yaşlı futbolçunun “kral klubu” ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


