Keçmiş futbolçusu “Mançester Siti”yə qalib gəlib – Məhkəmədə
”Loryan”ın müdafiəçisi Benjamin Mendi məhkəmədə keçmiş klubu “Mançester Siti”yə qarşı iddiasını qismən qazanıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçu cinsi təcavüzdə ittiham olunduğu məhkəmə prosesində İngiltərə klubundan tutulan maaşların ödənilməsini tələb edib. Nəticədə, məlum olduğu kimi, Mendiyə bütün işlər üzrə bəraət hökmü çıxarılıb.
“Mançester Siti” Mendi həbs olunduğu və sonra girov şərtləri ilə müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün pulunu verməyib. Nəticədə, məhkəmə “şəhərlilər”i Mendiyə bəyan edilən məbləğin hamısını deyil, böyük hissəsini ödəməyə məcbur edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin