20 ilə yaxın həbs gözləyir – “Mançester Siti”nin futbolçusunu
“Mançester Siti”nin futbolçusu Benjamin Mendini ağır cəza gözləyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 2018-2021-ci illər arasında səkkiz zorlama və bir zorlama cəhdinə görə o, 5 ildən 20 ilə qədər həbs cəzasına məruz qala bilər.
Ümumilikdə, futbolçu altı fərqli qadının iştirakı ilə doqquz cinsi cinayətdə ittiham olunur. Məhkəmə altı həftə çəkə bilər. Məhkəmənin hazırlıq iclası martın 11-də baş tutub.
Mendi yanvarın 7-də zaminə buraxılıb. Fransalı futbolçu 134 gün həbsdə qalıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin