Mendi 2 il sonra futbola qayıtdı – Yeni klubu da məlumdur
Fransanın “Loryan” klubu azad agent statusu daşıyan futbolçu Benjamin Mendini transfer edib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, Liqa 1 təmsilçisi ilə iki illik müqaviləyə imza atıb.
İyulun 14-də Mendinin zorlama işi ilə bağlı bütün ittihamlardan azad edildiyi haqda xəbər yayılıb. DÇ-2018-də Fransa milli komandasının heyətində dünya çempionu olan futbolçu zorlama və zorlamaya cəhdlə bağlı təqsirli bilinməyib.
“Mançester Siti”nin sabiq üzvü iki il müddətində yaşıl meydanlarda kənarda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin