Memorialda 1 qızıl və 1 bürünc medal

Rusiyanın Novosibirsk şəhərində yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.

Komanda.az xəbər verir ki, SSRİ qəhrəmanı Aleksandr Aksyonovun xatirəsinə təşkil edilən yarışda 10 ölkədən 200-dən artıq idmançı iştirak edilib.

Memoriala məşqçilər Sabah Şəriəti və Zöhrab Abbasovun rəhbərliyi altında qatılan milli üzvlərindən ikisi fəxri kürsüyə qalxıb. Rəşad Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Məhəmməd Əhmədiyev (97 kq) isə bürünc medalı boynundan asıb.

Turnirdə 1-ci dərəcəli hakim Həbib Nurulu ədaləti qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button