“Yuventus”un futbolçusunun İspaniyadan 3 “müştəri”si var
“Yuventus”un yarımmüdafiəçisi Artur Melo qış transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu icarəyə götürülə bilər.
Melonun İspaniya La Liqasında oynamaq üçün bir neçə variantı var. Onunla “Betis”, “Valensiya” və “Vilyarreal” maraqlanır.
28 yaşlı oyunçu ötən mövsüm “Fiorentina”da çıxış edib. O, İtaliya çempionatında keçirdiyi 33 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin