“Yuventus”un Melo ilə bağlı şərti var
İngiltərənin “Vulverhempton” klubu “Yuventus”un yarımmüdafiəçisi Artur Melo ilə maraqlanır.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu özü isə Səudiyyə Ərəbistanından da sərfəli təklif almasına baxmayaraq, icarə əsasında “Liverpul”da çıxış etmək fikrinə müsbət yanaşır.
“Qoca sinyora” braziliyalını yenidən icarəyə verə bilər, lakin İtaliya klubu bu dəfə şərt irəli sürüb: Turin təmsilçisi imzalanacaq müqaviləyə məcburi satınalma bəndini əlavə etməyi düşünür.
Melo 2022/23 mövsümünü icarə əsasında Mersisayd təmsilçisində keçirib. O, səhhətində yaranan problemlərə görə “Liverpul”da cəmi bir matça (Çempionlar Liqası) çıxıb, 13 dəqiqə meydanda olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin