Artur İngiltərədə qalacaq
“Liverpul”un “Yuventus”dan icarəyə götürdüyü yarımmüdafiəçisi Artur Melo mövsümün sonuna qədər İngiltərə klubunda qalacaq.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, 26 yaşlı braziliyalı futbolçu ombasından zədə almasına baxmayaraq, vaxtından əvvəl İtaliya klubuna qayıtmayacaq.
Artur bu mövsüm “Liverpul”un heyətində 3 oyuna çıxıb və ümumilikdə 144 dəqiqə meydanda olub. O, gənclərdən ibarət komandada da 1 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin