Paytaxt klubunun 8 futbolçusunda koronavirus aşkarlandı

Meksikanın “Krus Asul” klubunun 8 futbolçusu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt Mexiko təmsilçisinin rəsmi saytı məlumat yayıb. Açıqlamada, 8 futbolçunun koronavirus testinin müsbət çıxdığı bildirilib.

Virusa yoluxan futbolçuların adları açıqlanmayıb və onların sağlıq vəziyyətləri yaxşıdır.

Meksika çempionatında 2019/20 mövsümü koronavirusa görə ləğv edilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button