Maradonanın keçmiş klubunda faciə – 20 yaşlı futbolçu öldürüldü

Meksikanın “Dorados” klubunun gənclərdən ibarət komandasının üzvü Mirşa Fransisko Herrera vəfat edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 20 yaşlı oyunçu məşqdən sonra getdiyi restoranda kimliyi bilinməyən 4 nəfər tərəfindən bıçaqlanıb. Təcili xəstəxanaya aparılan gəncin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Müdafiənin sol cinahında çıxış edən mərhum futbolçu 5 il idi ki, “Dorados”da çıxış edirdi.

“Dorados” klubuna bir müddət Dieqo Maradona rəhbərlik edib. Maradona, səhhətindəki problemlərə görə baş məşqçi postundan istefa vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button