Meksikalı qapıçı rəsmən İtaliya klubunda

Meksika yığmasının qapıçısı Gilyermo Oçoanın karyerasını İtaliyada davam etdirəcəyi dəqiqləşib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qolkiper “Salernitana” ilə müqavilə imzalayıb.

Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Oçoa “Salernitana”ya azad agent kimi keçib. Onunla 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Oçoa Meksika millisinin heyətində 135 oyun keçirib.

“Salernitana” İtaliya A Seriyasında 15 turdan sonra 12-ci yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button