Meksikalı futbolçunu izləyir – “Liverpul”un skautları
Meksikanın “Qvadalaxara” klubunun hücumçusu Ernesto Veqa karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, “Liverpul” 24 yaşlı futbolçunun xidmətində maraqlıdır.
Məlumatda bildirilir ki, İngiltərə klubunun skautları futbolçunun çıxışını izləyir.
Meksikalı hücumçunun “Qvadalaxara” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.
Veqa bu mövsüm 18 oyuna çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Premyer Liqanın 15 turundan sonra “Liverpul” turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin