Meksika millisinin üzvü Qətər klubunda – Rəsmi

Meksika millisinin üzvü Hektor Morena karyerasını Qətərdə davam etdirəcək.

Komanda.az xəbər verir ki, son klubu “Real Sosyedad” olan 31 yaşlı müdafiəçi “Əl Qarafa” klubuna transfer olunub. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Moreno ilə imzalanan müqavilənin detalları isə açıqlanmayıb.

“Espanyol”, PSV, “Roma” kimi klublarda forma geyinən Moreno, 2018-ci ilin yanvarında “Real Sosyedad”a keçmişdi. Müdafiəçi, 101 dəfə də çıxış etdiyi Meksika millisində 4 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button