“Portu”dan ayrıldı, Madridə köçür

Meksika millisinin üzvü Hektor Herrera formasını geyindiyi “Portu” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçi rəsmi “instagram” hesabından məlumat yayıb. Herrera Portuqaliya klubu ilə müddəti bitən müqaviləsini yeniləməyib.

Meksikalı futbolçu karyerasını İspaniyada davam etdirəcək. Herreranın “Atletiko” ilə yaxın zamanda rəsmi müqavilə imzalayacağı gözlənilir.

2013-cü ildən “Portu”da çıxış edən Herrera, 70 dəfə də Meksika millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button