Meksikalı futbolçu MY ilə “Qarabağ”ın rəqibini üz-üzə qoydu
Meksika millisinin futbolçusu Sebastyan Kordova “Mançester Yunayted” və “Sevilya”nın diqqət mərkəzinə düşüb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hər iki klub “Amerika”da forma geyinən 22 yaşlı oyunçunu transfer etmək niyyətindədir.
“Mançester Yunayted”in skautları Meksika millisi ilə Trinidad və Tobaqo arasında keçirilən oyunda (2:0) Sebastyanı izləyiblər.
“Sevilya” və MY qış transfer pəncərəsi dövründə futbolçunun transferi üçün klubu ilə danışıqlara başlayacaq.
“Sevilya” Avropa Liqasının A qrupunda “Qarabağ”, “Düdelanj” və APOEl-lə mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin