Meksika millisinin baş məşqçisi istefa verdi
Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun Səudiyyə Ərəbistanına qalib gəldikləri oyundan sonra (2:1) bu addımı atıb.
Argentinalı baş məşqçi qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti üzərinə götürdüyünü deyib:
“Bu, dəhşətli məyusluqdur”.
Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib.
Martino 2019-cu ildən Meksika millisində çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin