Keçmiş klubu Dani Alveşi məhkəməyə verib

“Pumas” keçmiş futbolçusu Dani Alveşə qarşı İdman Arbitraj Məhkəməsinə müraciət edərək, onun zorlama işi ilə bağlı 6 milyon avro təzminat tələb edib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Meksika klubu Alveşin həbsxanada qalaraq klubun reputasiyasına xələl gətirdiyini iddia edir.

Braziliyalı müdafiəçi hazırda məhkəmənin hökmünü gözləyir; onun pasportu müsadirə olunub. Məhkəmə baxışı martın 25-nə təyin edilib.

“Pumas” 41 yaşlı Alveşlə müqaviləyə 2023-cü ilin yanvarında, Barselonadakı gecə klubunda qadını zorlamaqda şübhəli bilinərək həbs edildikdən sonra xitam vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button