Azarkeşlər arasında dava düşdü, futbolçular meydandan qaçdı – video

Meksika çempionatında “Atletiko San Luis” – “Keretaro” oyunu 85-ci dəqiqədə təxirə salınıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb komandaların azarkeşləri arasında dava düşməsidir. Hər iki komandanın futbolçuları qarşıdurma yaradan azarkeşləri sakitləşdirməyə çalışıb. Ancaq daha sonra fanatlar meydana daxil olaraq, oyunçulara hücum etməyə başlayıblar. Futbolçular isə hücumlardan qorunmaq üçün meydançadan qaçıblar.

Bu səbəbdən də qarşılaşma 85-ci dəqiqədə dayandırılıb və təxirə salınıb.

Qarşılaşmada “Keretaro” 2:0 hesabıyla öndə idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button