
Mehriban Əliyeva milli komandanı təbrik etdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında minifutbol üzrə Azərbaycan milli komandasını dünya çempionu olması münasibətilə paylaşım edib.
Komanda.az xəbər verir ki, paylaşımda bunlar qeyd olunub:
“Azərbaycan minifutbol yığması dünya çempionatının qalibidir! Komandamıza parlaq qələbəyə görə təşəkkür edirəm! Sizinlə fəxr edirik! Milli yığmamızın bütün üzvlərinə möhkəm can sağlığı, güc, enerji və yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram!”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



