Mehmet Topal rəsmən “Beşiktaş”da

Türkiyənin “Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi azad agent statusunda olan Mehmet Topalı transfer edib.

Bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb. 35 yaşlı yarımmüdafiəçi yeni komandasında uğurla tibbi müayinədən keçib. O, “Beşiktaş”la 1+1 illik müqaviləyə imza atıb.

Mehmet Topal 2019-cu ildən “Başakşəhər”də forma geyinirdi. Bu yay İstanbul klubu ilə müqaviləsinin müddəti bitən futbolçu azad agentə çevrilmişdi. Türkiyə yığmasında 81 oyun keçirən futbolçu, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button