Mehdi Cənnətov bu epizoda görə qovulub – VİDEO

Peşəkar Futbol Liqası Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt” – “Neftçi” oyununda (1:2) meydan sahiblərinin qapıçısı Mehdi Cənnətovun 77-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodun videosunu yayıb.

Komanda.az xəbər verir ki, videoda 27 yaşlı qolkiperin “Neftçi”nin qolundan sonra topu mərkəzə aparmaq istəyən rəqib komandanın futbolçusu Kiril Petrovu dirsəyi ilə vurduğu görünür. Bu səbəbdən baş hakim Rəşad Əhmədov Cənnətova birbaşa qırmızı vərəqə göstərib.

Qeyd edək ki, həmin epizod TV-də canlı yayımda efirə düşmədiyindən oyunçunun meydandan nəyə görə qovulması maraq doğururdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button