Medvedevin təyinatı rəsmən açıqlandı

“Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi müəyyənləşib.

Komanda.az Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu post Maksim Medvedevə tapşırılıb.

Rəhbərlik onun uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

“Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button