Medvedev: “Macarıstanla oyunu artıq unutmuşuq”
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının kapitanı Maksim Medvedev bu gün media nümayəndələri ilə görüşüb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın da şərəfini qoruyan təcrübəli futbolçu mətbuat konfransında öncə bunları söyləyib:
- Macarıstana məğlub olduq. Artıq bu oyunu yaddan çıxarmmışıq. Oyunu təhlil etmişik, səhvlərimizi düzəltməliyik. Bütün diqqətimiz Slovakiya ilə oyundadı. Güclü komandaya qarşı oynayacağıq. Meydanda mübarizə aparmalıyıq. İnanırıq ki, oyunu yaxşı nəticə ilə başa vura biləcəyik.
- Millinin son oyunlarındakı zəif çıxışına görə azarkeşlər sabah stadionda AFFA-nı istefaya çağıracaq. Buna görə sabahkı oyunda müsbət nəticə əldə edəcəyinizə söz verə bilərsiz?
- Azarkeşlər bizi daim dəstəkliyir. Onlara təşəkkür edirəm. Onların belə bir fikri varsa, inanmıram ki, bu meydanda hansısa futbolçuya təsir etsin. Çünki bizim diqqətimiz oyunda olacaq. İstəmərəm belə hal oyunçulara təsir etsin.
- Bu zamana kimi niyə ölkə xaricinə getməmisən?
- Mən 16 yaşımda başlamışam futbola. O vaxt Rasim Kara mənə şans verdi və bundan istifadə edə bildim. İldən-ilə artım oldu və başa düşdüm ki, “Qarabağ” mənə doğmadır. Düşündüm ki, niyə getməliyəm? 21 yaşadək futbolçular Lixtenşteynə məğlub oldu. Məsələn, İsmayıl və Hacını götürək. Onların əsas heyətə düşməsi çətindi. Onların oyun praktikası yoxdu. Bizin klubdan 4-5 oyunçu milli komandadadı. Ancaq Lixtenşteynin oyunçuları ildə 40 oyuna çıxır.
Şahin Cəfərov
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin