
MDB Oyunları: Azərbaycan millisi finala yüksəlib
Azərbaycanın 16 yaşadək futbolçualardan ibarət millisi III MDB Oyunlarında finala yüksəlib.
Komanda.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda A qrupunda Qırğızıstan millisi ilə üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda baş tutan görüş Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Tunar Bayramov (53), Əli Bəşirov (70, 75) və Roman Fərzəli (79) rəqib qapısından keçiriblər.
U-16 finalda Rusiya və Özbəkistan arasında keçiriləcək matçın qalibi ilə qarşılaşacaq.
Futbol yarışına oktyabrın 4-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



